Azərbaycanda reanimasiyada olan məşhur aparıcıdan YENİ XƏBƏR  - YENİLƏNİB
06 iyul 2023 12:07 (UTC +04:00)

Azərbaycanda reanimasiyada olan məşhur aparıcıdan YENİ XƏBƏR - YENİLƏNİB

0

Azərbaycan Dövlət Televiziyasının (AzTv) aparıcısı Natəvan Babayeva başqa xəstəxanaya köçürülüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, aparıcının vəziyyəti stabilləşib. 

Vəziyyəti yaxşılaşan aparıcının ailəsinin istəyi ilə müalicə üçün başqa xəstəxanaya yerləşdirilib

***

11:43

Azərbaycan Dövlət Televiziyasının (AzTv) aparıcısı Natəvan Babayeva vəziyyəti pisləşib. 

Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. 

Belə ki, bir neçə ildir onkoloji xəstəliklə mübarizə aparan tanınmış jurnalistin müalicə üçün Türkiyəyə gedərkən Bakıda hava limanında halı pisləşib. Ailəsi onu “Liv Bona Dea Hospital”a yerləşdirib. Hazırda aparıcı reanimasiyadadır. 

Xatırladaq ki, Natəvan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4152

Oxşar yazılar