Azərbaycanda qatarda  YANĞIN
10 yanvar 2023 23:02 (UTC +04:00)

Azərbaycanda qatarda YANĞIN

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus yük qatarında yanğın olub.

Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Saatlı şəhərində Beyləqan-Daşburun istiqaməti ilə hərəkət edən 8 ədəd vaqondan ibarət yük qatarının bir vaqonunda taxta şpal yanıb. Teplovoz və digər vaqonlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 2118
avatar

Oxşar yazılar