Namizədlik vəsiqəsi
13 iyun 2022 18:49 (UTC +04:00)

Namizədlik vəsiqəsi

Azərbaycanda keçmiş DEPUTATLIĞA NAMİZƏD məhkəməyə verildi

2020-ci il növbədənkənar parlament seçkilərinə namizəd olan Abid Qafarov barəsində xüsusi ittiham qaydasında şikayət edilib.

Lent.az xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsilə Xəzər rayon Məhkəməsinə şikayət olunub. Şikayətin Qarabağ veteranları tərəfindən edildiyi bildirilir.

Məlumata görə, A. Qafarov çıxışların birində bir qrup Qarabağ veteranını təhqir edib.

Prosesə Xəzər rayon Məhkəməsində hakim Tərlan Əkbərovun sədrliyi ilə baxılacaq.

# 4773
avatar

Mehman Nəbiyev

Oxşar yazılar