Azərbaycanda hərbçi özünü GÜLLƏLƏDİ
01 dekabr 2022 11:59 (UTC +04:00)

Azərbaycanda hərbçi özünü GÜLLƏLƏDİ

Noyabr ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Divizyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Nuriyev Kənan Hafiz oğlu odlu silahdan atəş açaraq özünə xəsarət yetirib.

Qurumdan Lent.az-a bildirilib ki, hərbi qulluqçuya ilkin tibbi yardım göstərildikdən dərhal sonra Qazax rayon Mərkəzi Xəstəxanasına çatdırılmış, oradan isə Gəncə Mərkəzi Klinikasına köçürülmüş, müalicəsinə ixtisaslaşmış və peşəkar həkimlər cəlb olunub. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri keçirilir.

# 4287
avatar

Oxşar yazılar