Azərbaycanda hərbçi özünü asdı - YENİLƏNİB
11 may 2022 12:45 (UTC +04:00)

Azərbaycanda hərbçi özünü asdı - YENİLƏNİB

Dövlət Sərhəd Xidmətinin gizirinin intiharı ilə bağlı izahatlar alınıb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, mayın 10-u Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Əlizadə Tərlan Rafiq oğlunun həmin gün xidməti mənzildə özünü asaraq öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilərək, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb. İzahatlar alınaraq, müvafiq  ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.

Hazırda Şəmkir hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

***

Saat: 11:55

Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Ağstafa rayonu ərazisində yerləşən şöbəsinin həqiqi hərbi xidmət hərbi qulluqçusu gizir Əlizadə Tərlan Rafiq oğlu yaşadığı xidməti mənzildə intihar edb.

Qurumun mətbuat mərkəzindən Lent.az-a verilən xəbərə görə, faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

# 6558
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Göygöldə "Jiquli" piyadanı vurub öldürdü

Göygöldə "Jiquli" piyadanı vurub öldürdü

20 aprel 2024 , 11:35
Ağcabədidə "Mercedes" kişini vurub öldürdü

Ağcabədidə "Mercedes" kişini vurub öldürdü

20 aprel 2024 , 11:04
Biləsuvarda DƏHŞƏT:  76 yaşlı qadın yaylığı ilə  özünü asdı

Biləsuvarda DƏHŞƏT: 76 yaşlı qadın yaylığı ilə özünü asdı

20 aprel 2024 , 10:14
Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01