Azərbaycanda DSK üzvü həbs olunub
26 iyul 2022 17:15 (UTC +04:00)

Azərbaycanda DSK üzvü həbs olunub

82 saylı Ağcabədi dairə seçki komissiyanın həlledici səs hüquqlu üzvü Aydın Bəşir oğlu Quliyev həbs olunub. 

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK katibi Mikayıl Rəhimov deyib.

O bildirib ki, bu gün keçirilən ilk iclasda Aydın Quliyev DSK üzvlüyündən çıxarılıb: “Məhkəmə qərarına əsasən, o, 31 may tarixində həbs edilib”.

# 2733
avatar

Oxşar yazılar