Azərbaycanda DƏHŞƏT:  itkin düşən kişini heyvanlar parçaladı
19 noyabr 2022 09:31 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: itkin düşən kişini heyvanlar parçaladı

Oğuzda meşəlik ərazidən kişi meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, bugün gecə saatlarında Oğuz rayonunun Tayıflı kəndindəki meşəlik ərazidə meyit aşkarlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, ölən şəxsin 62 yaşlı Əbülfət Ağayev olduğu məlum olub. İlkin araşdırma zamanı onun üzərində zorakılıq əlaməti aşkarlanmasa da, vəhşi heyvanlar tərəfindən meyitin parçalanması müəyyən edilib.

Qeyd edək ki, tək yaşayan Ə.Ağayev ruhi-əsəb xəstəsi olub və bir neçə gün öncə itkin düşüb. Onun itkin düşməsi barədə polis şöbəsinə müraciət daxil olmayıb.

# 4647
avatar

Oxşar yazılar