Azərbaycanda 20 yaşlı qız özünü Kürə atdı
10 iyun 2022 12:32 (UTC +04:00)

Azərbaycanda 20 yaşlı qız özünü Kürə atdı

Sabirabadda gənc qız intihara cəhd edib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Yolçubəyli kəndində qeydə alınıb. 20 yaşlı kənd sakini Minayə Gözəlova intihar etmək üçün özünü Kür çayına atıb. Hadisə ilə bağlı polisə məlumat verilib və polis əməkdaşları dərhal əraziyə gəliblər.

Onlar M. Gözəlovanı Kür çayından xilas edərək ailəsinə təhvil veriblər.

Gənc qızın hansı səbəbdən özünü öldürmək istəməsi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

# 2487
avatar

Mehman Nəbiyev

Oxşar yazılar