Avtomobil səkiyə dəyərək aşdı -FOTO
05 may 2022 02:00 (UTC +04:00)

Avtomobil səkiyə dəyərək aşdı -FOTO

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə İlqar Cümşüdov və Cavad xan küçələrinin kəsişməsində qeydə alınıb.
“Daewoo” markalı avtomobilin sürücüsü küçələrin kəsişməsində sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın səkiyə çırpılaraq aşıb. Qəza zamanı sürücü bədən xəsarətləri alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
 

# 1620
avatar

Oxşar yazılar