Avtomobil reklam bannerinə çırpıldı, sürücü...  -FOTO
14 noyabr 2022 01:51 (UTC +04:00)

Avtomobil reklam bannerinə çırpıldı, sürücü... -FOTO

Bakıda 2 avtomobil toqquşub.
Lent.az APA-ya istinadla xəbər verir ki, Qarabağ küçəsi ilə hərəkət edən Dərya Quliyevin idarə etdiyi “Chevrolet” markalı avtomobil Dəmirçizadə küçəsi ilə kəsişmədə “Toyota” markalı avtomobillə toqquşub.

Zərbəninin gücündən “Toyota” yol kənarındakı reklam bannerinə çırpılaraq dayanıb. Qəzada bannerə dəyən avtomobilin sürücüsü xəsarət alıb. Hadisə yerində Nərimanov RPİ-nin əməkdaşları işləyir.
 

# 1395
avatar

Oxşar yazılar