Avtomobil "KamAZ"la toqquşdu: Ölən var
21 iyul 2022 14:16 (UTC +04:00)

Avtomobil "KamAZ"la toqquşdu: Ölən var

İyulun 20-də saat 23 radələrində Göygöl rayonunun Çaylı kəndi ərazisində rayon sakini Bünyad Həsənov idarə etdiyi “VAZ-21011” markalı avtomobili yolun kənarında dayanan “KamAZ” markalı avtomobilin qoşqusuna vurub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır. 

# 1407
avatar

Aytəkin Cəlali

Oxşar yazılar