Avtomobil aşdı – 4 YARALI 
01 sentyabr 2022 23:57 (UTC +04:00)

Avtomobil aşdı – 4 YARALI 

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 2004-cü il təvəllüdlü Elvin İsmaylov ,2005-ci il təvəllüdlü Elmin Vəliyev, 2005-ci il təvəllüdlü Eşqin İsmayılov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi oduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 

# 1485
avatar

Oxşar yazılar