Astarada FACİƏ:  cərəyan vurub öldürdü
23 sentyabr 2024 09:48 (UTC +04:00)

Astarada FACİƏ: cərəyan vurub öldürdü

Astarada bədbəxt hadisə baş verib. 

Lent.az xəbər verir ki, hadisə Astara rayonu, Seləkəran kəndinin ərazisində yerləşən rabitə stansiyasında qeydə alınıb. 

Lənkəran rayon sakini, 1988-ci il təvəllüdlü Elgün İlham oğlu Məlikov stansiyada işləyərkən elektrik cərəyanı vuraraq ölüb. 

Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2757
avatar

Oxşar yazılar