Arvadı qardaşı ilə qaçdı:  İkisini də güllələdi
15 may 2022 18:35 (UTC +04:00)

Arvadı qardaşı ilə qaçdı: İkisini də güllələdi

Tokatda bir kişi birlikdə qaçdıqlarını iddia etdiyi həyat yoldaşını və öz qardaşını avtovağzalda güllələyib. 

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, şübhəli  jurnalistlərin “həyat yoldaşınızı niyə güllələdiniz” sualına “qardaşımla qaçdı, namusum üçün onu vurdum” cavabını verib.
Əldə edilən məlumata görə, hadisə Tokat bələdiyyəsinin şəhər terminalında baş verib. 30 yaşlı Müslüm B. terminalda avtobusdan enən həyat yoldaşı, 3 uşaq anası İlfer B. (26 yaş) və qardaşı Səbri B.yə (25 yaş) tapança ilə atəş açıb. Silahlı şəxs hadisə yerindən qaçarkən, yaralılara tibb işçiləri yardım edib.

Tokat Dövlət Xəstəxanasına aparılan qadının 3 yerdən, Tokat Qaziosmanpaşa Universiteti Araşdırma və Tətbiq Xəstəxanasına aparılan şəxsin isə döş qəfəsindən tək güllə ilə yaralandığı öyrənilib. Səbri B.nin həyatı üçün təhlükənin olduğu qeyd edilib.

Öz qardaşını və həyat yoldaşını vuran şəxsi polislər Behzat prospektində tutub.

İstanbulda yaşayan Müslüm B.-nin həyat yoldaşı və qardaşının Antalyadan Tokata gələcəkləri xəbərini bir gün əvvəldən aldığı və şəhərə gəldiyi öyrənilib. Terminalda gözləyən şəxsin avtobusdan düşən qardaşına və həyat yoldaşına atəş açdığı qeyd edilib.


 

# 5718
avatar

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11