Arvadı evdən gedən kişi  İNTİHAR ETDİ  - YENİLƏNİB
23 yanvar 2023 16:37 (UTC +04:00)

Arvadı evdən gedən kişi İNTİHAR ETDİ - YENİLƏNİB

Masallıda baş verən intiharla bağlı yeni faktlar üzə çıxıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, özünü öldürən 25 yaşlı Fuad Şirinov bir neçə ay əvvəl ailə həyatı qurubmuş. Lakin iki ay əvvəl həyat yoldaşı ondan ayrılaraq evdən gedib. Bundan sonra Fuad depressiyaya düşüb. İlkin məlumata görə, onun canına qəsd etməsinə də məhz bu səbəb olub.  

Faktla bağlı araşdırma aparılır. 

***

saat 12:47

Masallı rayonunda intihar baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarğalıq kəndində qeydə alınıb.

Kənd sakini, 25 yaşlı Fuad İsa oğlu Şirinov yaşadığı evdə özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil. 

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır. 

# 5835
avatar

Sevinc Fərid

Oxşar yazılar