"Araz Supermarket"də müştəri aldadıldı, məhkəməyə verildi
07 mart 2023 11:27 (UTC +04:00)

"Araz Supermarket"də müştəri aldadıldı, məhkəməyə verildi

“Araz Supermarket” məhkəməyə verilib.

Lent.az-ın məlumatına görə, marketlər şəbəkəsinin Siyəzən rayon filialında müştərinin aldadılıb. Buna görə də supermarket barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına) maddəsilə protokol tərtib olunub.

Protokol baxılması üçün Siyəzən rayon Məhkəməsinə göndərilib.

Həmin maddə əsasında fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

# 5730
avatar

Mehman Nəbiyev

Oxşar yazılar