Ana və övladı dənizdə boğuldu -FOTO  -YENİLƏNİB
17 iyul 2022 21:11 (UTC +04:00)

Ana və övladı dənizdə boğuldu -FOTO -YENİLƏNİB

Sumqayıt şəhəri yaxınlığında Xəzər dənizində  batanların şəxsiyyəti məlum olub.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, dənizdə boğulanlar 1991-ci il təvəllüdlü Kərimova Fatma Allahverdi qızı və onun 2015-ci ildə anadan olmuş övladı Kərimli Nicat Əlvan oğludur.
 

***

19.55

Sumqayıtda ana və övladı dənizdə boğulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Xəzər dənizinin Sumqayıt sahilində baş verib.

Dənizdə övladının batdığını görən ana onu xilas etmək istəyib. Lakin ana da batıb.

Onların meyitləri sudan çıxarılıb.

# 7389
avatar

Oxşar yazılar