Ağsuda 18 yaşlı gənc intihar etdi
06 may 2023 08:44 (UTC +04:00)

Ağsuda 18 yaşlı gənc intihar etdi

Ağsuda intihar hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə rayonun Ərəbuşağı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Fərəcov Ramil Rahim oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.

İlham Əhmədov

# 1350
avatar

Oxşar yazılar