Ağstafada 3 maşın toqquşdu,  ÖLƏN VAR
14 dekabr 2023 12:45 (UTC +04:00)

Ağstafada 3 maşın toqquşdu, ÖLƏN VAR

0

Ağstafada 3 avtomobil toqquşub.

Lent.az xəbər verir ki, Tariyel İsgəndərovun idarə etdiyi "Mercedes" markalı avtomobil hərəkətdə olan zaman həmin yola çıxan Aqil Osmanovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə toqquşub.

Daha sonra o, qarşı hərakət zolağına çıxaraq Qazax şəhəri istiqamətində hərəkətdə olan İslam Məmmədzadənin idarə etdiyi "Opel Astra" markalı avtomobilə çırpılıb.

Nəticədə "Opel Astra" markalı avtomobilin sürücüsü xəsarət alıb, "Mercedes" markalı avtomobilin sürücüsü isə aldığı bədən xəsarətlərindən həyatını itirib.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində cinayat işi başlanılaraq istintaqı aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3667

Oxşar yazılar