Ağdamda qəza: İki nəfər xəsarət aldı
06 avqust 2022 04:45 (UTC +04:00)

Ağdamda qəza: İki nəfər xəsarət aldı

Ağdamda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Hərəkətdə olan Tağıyev Hafiz Zakir oğlunun idarə etdiyi "NİVA" markalı avtomobil qarşıdan gələn Qarayev Vüsal Ələmdar oğlunun idarə etdiyi "VAZ 2109" markalı avtomobillə toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır

# 1554
avatar

Oxşar yazılar