Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, bu barədə Nəqliyyatın İdarəetmə İntellektual Mərkəzi (NİİM) məlumat yayıb.
Belə ki, hadisə aeroport şosesində qeydə alınıb. Bu səbəbdən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub.