Adapterə qoşulu telefonla yatdı: ÖLDÜ
02 fevral 2023 18:47 (UTC +04:00)

Adapterə qoşulu telefonla yatdı: ÖLDÜ

Tailandın Samut Prakan şəhərində bədbəxt hadisə baş verib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, şəhər sakini 34 yaşlı Putthavat Kamvan əlində adapterə taxılmış telefonla yuxuya gedib. Nəticədə həmin şəxsi elektrik cərəyanı vuraraq öldürüb.

Mərhum şəxs üç gün işlədiyi zərgərlik mağazasına gəlməyib. Bundan narahat olan iş yoldaşları onu ziyarət etmək qərarına gəliblər. Onlar bina sahibi ilə birlikdə kişinin yataq otağına daxil olanda onun meyitini tapıblar.

Hadisə yerinə gələn polislər Kamvanın elektrik cərəyanı vurması nəticəsində həyatını itirdiyini bildiriblər. 

 

# 2862
avatar

Sevinc Fərid

Oxşar yazılar