Adam öldürən qoyun   3 il azadlıqdan məhrum edildi
26 may 2022 11:55 (UTC +04:00)

Adam öldürən qoyun 3 il azadlıqdan məhrum edildi

Cənubi Sudanın Rumbek şəhərinin məhkəməsi yaşlı qadını öldürən qoçu üç il müddətinə azadlıqdan məhrum edib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, heyvanı qətldən sonra Rumbek polisi saxlayıb. O, qadını ölənə qədər dəfələrlə vurubmuş.

Qoçun özündən başqa, sahibi də cəzalandırılıb. Məhkəmə ona qohumunun ölümünə görə təzminat kimi zərərçəkənin ailəsinə beş baş inək verməyi tapşırıb.
 
 


 

# 3189
avatar

Oxşar yazılar