Abşeronda yaşayış evi yandı-FOTO
02 mart 2023 00:13 (UTC +04:00)

Abşeronda yaşayış evi yandı-FOTO

Abşeron rayonunun Mehdiabad qəsəbəsində yanğın olub.

Lent.az xəbər verir ki, hadisə Nəbi Xəzri küçəsində qeydə alınıb. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğın baş verən əraziyə 3 ədəd yanğınsöndürmə texnikası gedib.  
 
Abdullayeva Mehriban Aslan qızına məxsus birmərətəbəli fərdi yaşayış evində otağın tavanı və içindəki əşyalar yanıb. Evin dam hissəsi və evə bitişik tikililər mühafizə olunub. 

Hadisə yerinə təcili yardım briqadası göndərilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1647
avatar

Oxşar yazılar