Abşeronda qadının 2000 manatı  oğurlandı
17 mart 2023 11:25 (UTC +04:00)

Abşeronda qadının 2000 manatı oğurlandı

Abşeronda qadın qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xırdalan şəhər sakini olan bir qadının bank hesabından 2000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Hökməli qəsəbə sakini Elxan Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1218
avatar

Oxşar yazılar