84 yaşlı qadını maşın vurub öldürdü
15 noyabr 2022 11:06 (UTC +04:00)

84 yaşlı qadını maşın vurub öldürdü

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə Mirzəbəyli kəndində baş verib. Orucov Orxan Cəmiyyət oğlu idarə etdiyi "VAZ-21099" markalı avtomobillə Mingəçevir şəhəri istiqamətində olarkən yolu keçən 84 yaşlı Gülarə Zeynalovanı vurub.

Qadın Bərdə rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

# 1383
avatar

Mehman Nəbiyev

Oxşar yazılar