58 minlik ZİYAN:  Çəkiclə sındırdılar...
27 iyul 2022 15:28 (UTC +04:00)

58 minlik ZİYAN: Çəkiclə sındırdılar...

Bakıda 58 min manatlıq lazer aparatı sındırıldı.

DİN-dən Lent.az-a verilən məlumata görə, Xətai RPİ-nin 36-cı Polis Bölməsinə iyulun 24-də saat 21 radələrində X.Məmmədov küçəsində yerləşən gözəllik salonlarının birinə gələn iki nəfərin çəkiclə oradakı 58.000 manat dəyərində lazer aparatını sındırmaları barədə müraciət daxil olub.  

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Həsənov və V.Vəliyev müəyyən edilərək saxlanılıblar. 

Araşdırma aparılır.

# 2010
avatar

Aytəkin Cəlali

Oxşar yazılar