44 yaşlı kişi 4-cü mərtəbədən yıxıldı
05 iyul 2022 08:15 (UTC +04:00)

44 yaşlı kişi 4-cü mərtəbədən yıxıldı

Zaqatalada 44 yaşlı kişi binanın 4-cü mərtəbəsindən yıxılıb. 

Lent.az-ın məlumatına görə, hadisə bu gecə saat 03 radələrində rayonun mərkəzi - Sülh küçəsi 9 saylı çoxmənzilli beşmərtəbəli yaşayış binasında baş verib. 

1978- ci il təvəllüdlü Ramil Həbibulla oğlu İbrahimov 4-cü mərtəbədən yerə yıxılıb. 

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan R. İbrahimov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov
 

# 8355
avatar

Oxşar yazılar