4 qız dərmandan zəhərləndi, vəziyyətləri...
10 avqust 2022 22:20 (UTC +04:00)

4 qız dərmandan zəhərləndi, vəziyyətləri...

Göygöldə zəhərlənmə faktı qeydə alınıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən  evlərin birində qeydə alınıb.
2010-ci il təvəllüdlü A.Məmmədova, onun həmyaşıdı M.Hacıyeva, Ş.Rüstəmova və K.Hacıyeva zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdiriliblər. Qızlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Məlumata görə qızlar saçlarında bit olduğu üçün mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparatı saçlarına vurduqları üçün  zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır
 

# 3894
avatar

Oxşar yazılar