20 yaşlı gənc göldə boğuldu
24 iyun 2022 00:13 (UTC +04:00)

20 yaşlı gənc göldə boğuldu

Qusar rayonunda bədbəxt hadisə baş verib. 

Lent.az-ın məlumatına görə, hadisə rayonun Köhnə Xudat kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 2002-ci il təvəllüdlü Səlimov Amid Mübariz oğlu çimmək məqsədilə girdiyi göldə boğularaq dünyasını dəyişib. Yaxınlıqda olan şəxslər onu sudan çıxarmağa çalışsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam edir.

Vəli Turan
 

 

# 2121
avatar

Oxşar yazılar