14 yaşlı məktəbli  kanalda boğuldu
07 iyul 2022 07:53 (UTC +04:00)

14 yaşlı məktəbli kanalda boğuldu

Qusar rayonunda bədbəxt hadisə baş verib.

Lent.az APA-nın Şimal bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Quxuroba kəndində qeydə alınıb.

Kənd sakini, 2008-ci il təvəllüdlü Ağamirzəyev Amin Şahin oğlu Samur-Abşeron kanalında çimərkən boğulub.

Onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırmalar aparılır.

# 1581
avatar

Oxşar yazılar