1 ay əvvəl  maşın vuran kişi öldü
26 yanvar 2023 09:55 (UTC +04:00)

1 ay əvvəl maşın vuran kişi öldü

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Lent.az xəbər verir ki, hadisə ötən il dekabrın 23-də Nizami rayonu Q.Qarayev prospekti 61 ünvanının qarşısında baş verib. Cahangirov Abdulla Rafiq oğlu idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə hərəkətdə olarkən piyada, 63 yaşlı Xəlilov Ataman Şahverdi oğlunu ehtiyatsızlıqdan vurub.

Piyada aldığı xəsarətlərdən 2023-cü ilk yanvarın 24-də müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

# 1590
avatar

Mehman Nəbiyev

Oxşar yazılar