“Yaxşı Qərb” filminin çəkiliş qrupunun üzvü meşədə itkin düşüb
07 avqust 2009 12:00 (UTC +04:00)

“Yaxşı Qərb” filminin çəkiliş qrupunun üzvü meşədə itkin düşüb

Türkiyənin tanınmış aktyoru və şoumeni Cem Yılmazın baş rolda çəkildiyi “Yahşi Batı” (“Yaxşı Qərb”) filminin çəkilişi dayanıb.

Səbəb filmdə istifadə olunan atlara qulluq edən Ramazan Əsərin itkin düşməsidir.
Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, Ramazan Əsər dünən axşam saatlarında atlardan biri ilə gəzməyə çıxıb. Ancaq bir neçə saat keçsə də, o, geri dönməyib.
Ramazanın geri dönmədiyindən təlaşlanan aktyorlar polisə müraciət ediblər. Ancaq axtarışlar hələ də bir nəticə vermir. Filmin çəkilişləri isə bu olay səbəbindən bu gün dayandırılıb.
# 356

Oxşar yazılar