Ana-oğul öldü, cəsədləri 5 il evlərində qaldı
07 avqust 2009 11:00 (UTC +04:00)

Ana-oğul öldü, cəsədləri 5 il evlərində qaldı

Bu müddətdə onların ölümündən heç kim xəbər tutmayıb, meyitlər tam çürüyüb
Belçikanın paytaxtı Brüsseldə bir həyət evində ana və oğulun cəsədləri tapılıb. Məlum olub ki, onlar 5 il əvvəl ölüblər.
Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İtaliya əsilli Giovana Muzzati (80 yaş) və oğlu Umberto Lucano (49 yaş) 2004-cü ildə ölüblər.
Ana və oğulun cəsədlərinin aşkarlanması isə təsadüf nəticəsində baş verib. Giovana Muzzatinin 2004-cü ilin yanvarında ölmüş əri Giordano Lucanonun mirasının bölüşdürülməsi ilə bağlı məhkəmə işini aparan hakim onların evinə gedib.
Hakim qapının açıq olduğu həyət evinə daxil olub və yataq otağında çürümüş cəsədləri görüb.
Polis cəmiyyətdə çaşqınlıq yaradan olaya şərh verməkdə çətinlik çəkir. Cəmiyyət 5 ildir ki, bağçası baxımsız qalan evə gələn elektrik və su idarəsi məmurlarının laqeydliyini, polisin məsuliyyətsizliyini, qonşuların və bələdiyyənin bu insanlarla beş il ərzində maraqlanmamasını müzakirə edir.
Polis ana və oğulun cinayət qurbanı olmadığı, intihar etdikləri qənaətindədir. Faktla bağlı araşdırma aparılır.
# 344

Oxşar yazılar