Dördayaqlı toyuq
06 avqust 2009 18:30 (UTC +04:00)

Dördayaqlı toyuq

Türkiyənin Zonquldaq vilayətinin Ereğli rayonunun Balı məhəlləsində Firudin Ersarının evindəki hində 5 ay öncə 4 ayaqlı cücə yumurtadan çıxıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, artıq böyüyən və axsaya-axsaya yeriyən 4 ayaqlı toyuq görənləri heyrətə salır. Ancaq təəccüblənən tək insanlar deyil, həyətdəki digər toyuq və xoruzlar da onu çaşqın baxışlarla izləyir.
Sahibi əvvəlcə 4 ayaqlı cücənin çox yaşayacağını təxmin etmədiyini söyləyib. O, 33 illik həyatında ilk dəfə belə bir cücə ilə rastlaşdığını və digərləri kimi yemlə bəslədiyi cücənin artıq böyüyərək bir toyuq olduğunu bildirib.
Sahibi 4 ayaqlı toyuğun axsaya-axsaya yeriməsinə isə üzüldüklərini dilə gətirib.
# 641

Oxşar yazılar