“Emporium” mağazasında baş verən yanğının səbəbi açıqlandı
03 avqust 2009 20:00 (UTC +04:00)

“Emporium” mağazasında baş verən yanğının səbəbi açıqlandı

Mağazanın meneceri: “Yanğın xidməti sahədə yaranmış qısaqapanma nəticəsində baş verib”

“Emporium” mağazasında baş vermiş yanğının səbəbləri açıqlanıb.

Mağazanın meneceri “APA-ya bildirib ki, alışma xidməti sahədə yaranmış qısaqapanma nəticəsində baş verib.

Hadisə zamanı xəsarət alanın olmadığını bildirən menecer yanğının satış hissəsinə, anbara və mağazadakı mallara heç bir zərər vurmadığını söyləyib: “Yanğın nəticəsində yığılmış tüstünün təsiri tez bir zamanda aradan qaldırılacaq və mağaza fəaliyyətini öz qaydasında davam etdirəcək”.

Qeyd edək ki, yanğın Z. Tağıyev və Z. Əliyeva küçələrinin kəsişməsində yerləşən “Emporium” mağazasında bu gün baş verib. Hadisə yerinə yanğınsöndürənlər gəlib. Yanğının mağazanın arxa girişində olan mətbəxdən başladığı bildirilib. Hadisənin qarşısı saat 11.30-da alınıb.
# 2130

Oxşar yazılar