“Donuz qripi”nə yoluxmuş azərbaycanlılardan biri evə buraxıldı
01 avqust 2009 11:30 (UTC +04:00)

“Donuz qripi”nə yoluxmuş azərbaycanlılardan biri evə buraxıldı

Azərbaycanda A/H1N1 (“donuz qripi”) virusuna yoluxmuş iki nəfərdən biri - Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə olunan xəstə bu gün evə buraxılıb.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Soltan Əliyev bildirib. Onun sözlərinə görə, xəstədə tam sağalma baş verib: “Vaxtında aşkar olunduğuna və dərhal ən müasir vasitələrlə müalicə aldığına görə, sağalma da tez baş verdi. Daha onun xəstəxanada saxlanmasına ehtiyac yoxdur”.

Xəstənin xəstəxanada vaxtından artıq saxlandığını deyən şöbə müdiri bildirib ki, onun ev şəraitində nəzarət altında saxlanmasına da heç bir ehtiyac yoxdur.

Virusa yoluxmuş digər xəstənin də vəziyyətinin yaxşı olduğunu deyən S. Əliyevin sözlərinə görə, yaxın günlərdə o da evə buraxılacaq.
# 605

Oxşar yazılar

Metroda sərnişin  qatar yoluna   düşdü, vəziyyəti...

Metroda sərnişin qatar yoluna düşdü, vəziyyəti...

19 aprel 2024 , 22:21
“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11