Tərtəri ilan basıb
29 iyul 2009 19:30 (UTC +04:00)

Tərtəri ilan basıb

Sel suları Tərtərə çoxlu sayda ilan gətirib


Ötən gün baş vermiş qasırğa Tərtər rayonunun da bir neçə kəndində fəsadlar törədib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, gecə saatlarında başlayan yağışdan sonra sel suları Tərtər rayonunun Dəmirçilər kəndində bütün yaşayış evlərinə dolub. Sakinlərə məxsus 20 başa yaxın xırda buynuzlu heyvan, 250 başdan çox ev quşu suyun altında qalaraq tələf olub.

Dəmirçilər kənd sakini Səməddin Rəhimovun 4 baş qoyununu sel aparıb. S.Rəhimov APA-nın Qarabağ bürosuna bildirib ki, sel özü ilə çoxlu sayda ilan gətirib. İndiyədək təmizlənməkdə olan evlərdən çıxarılan suda sürünənlərə rast gəlinir. Onun sözlərinə görə, suyun içində olan bir neçə heyvanı ilanlar sancıb. Rayon İcra Hakimiyyətinin Mülki Müdafiə Qərargahının rəisi İlqar Musayev APA-ya açıqlamasında deyib ki, hazırda sözügedən yaşayış məntəqəsində və ətraf kəndlərdə selin vurduğu zərər müəyyənləşdirilir.
# 593

Oxşar yazılar