Dörd saxta polis tutuldu
20 iyul 2009 12:00 (UTC +04:00)

Dörd saxta polis tutuldu

Onlar Zəngilan sakinlərini qarət ediblər

İyulun 18-də saat 01.00 radələrində Sulutəpə qəsəbəsi ərazisində "VAZ-2107" markalı avtomaşında olan 4 naməlum şəxs özlərini polis əməkdaşları kimi təqdim edərək Zəngilan rayon sakini Röyal Gülüşova və onun arvadı Ayselə qarşı zor tətbiq edərək mobil telefon və 380 manatlarını alıb.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Xocəsən qəsəbə sakinləri Ramiz Dövlətov, Dəyanət Hacıağayev, Mahmud Abasquliyev və Vahid Əliyev tutulublar.
# 678

Oxşar yazılar