Balakəndə öldürülən yaraqlının meyitinin şəkli yayıldı
17 iyul 2009 19:00 (UTC +04:00)

Balakəndə öldürülən yaraqlının meyitinin şəkli yayıldı

Onun üzərindən çıxan sənəddə Avstriya vətəndaşı olduğu yazılıb


Azərbaycan-Rusiya sərhədində öldürülən yaraqlının üzərindən Avstriya dövlətinin vətəndaşına məxsus şəxsiyyəti təsdiq edən sənəd tapılıb.

Bu barədə APA-ya rayon hüquq-mühafizə orqanlarından məlumat verilib. Mənbə öldürülən yaraqlının meyitinin fotolarını da APA-ya təqdim edib.

Məlumatda bildirilir ki, iyulun 16-da saat 03.00 radələrində Azərbaycan-Rusiya sərhədinin Balakən rayonu ərazisində, Qubek dağlarında baş verən silahlı toqquşma zamanı Azərbaycan sərhədçiləri tərəfindən öldürülən yaraqlının şəxsiyyəti müəyyən edilib. Əməliyyatçılar yaraqlının daşıdığı yük çantasından Avstriya vətəndaşı olduğunu təsdiqləyən şəxsiyyət vəsiqəsi, silah-sursat, xəritə və qida məhsulları aşkar edərək götürüblər. Bununla belə, tibbi ekspertiza zamanı müsəlman olduğu məlum olub. Şəxsiyyət vəsiqəsində onun adı və familiyası Salman Umdayev kimi qeyd olunub. Hazırda əməliyyat qrupu onun üzərindən tapılan sənədin saxta olub-olmadığı araşdırır.

Hadisənin baş vermə səbəblərini araşdıran hüquq-mühafizə orqanları yaraqlıların Azərbaycan tərəfə keçməsini ilkin olaraq bir versiya ilə əsaslandırır. İstintaq qrupunun gəldiyi ilkin qənaətə görə, mütəşəkkil cinayətkar dəstə Azərbaycan sərhədlərinə şimali Qafqazda, eləcədə Dağıstanda son vaxtlar həyata keçirilən anti-terror əməliyyatları nəticəsində sığınacaq məqsədi ilə üz tutub. Bununla belə, əməliyyatçılar başqa versiyalar üzərində də işləyirlər.

Ötən gündən başlayaraq Zaqatala və Balakən rayonlarında polis gücləndirilmiş iş rejiminə keçib. Hər iki rayona giriş-çıxış nəzarətə götürülüb. Baş vermiş silahlı toqquşmadan sonra yaraqlılardan üçünün Rusiya istiqamətində qaçdığı, ikisinin isə Azərbaycan tərəfdə qaldığı bildirilir. Dəstə üzvlərinin tapılması istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, 16 iyul 2009-cu il tarixdə saat 03.00 radələrində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədi yaxınlığında, Balakən rayonu Mahamalar kəndi istiqamətində səyyar sərhəd xidməti təşkil etmiş sərhəd naryadı tərəfindən 6-7 nəfər naməlum şəxsdən ibarət mütəşəkkil silahlı dəstənin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz pozmaq cəhdinin qarşısı alınıb.

Mütəşəkkil silahlı dəstənin üzvləri tərəfindən sərhəd naryadına qarşı odlu silah tətbiq edilib, nəticədə sərhəd naryadının üzvü, əsgər İsayev Bəhruz Əsgər oğlu yaralanıb. Cavab atəşi ilə dəstə üzvlərindən biri məhv edilib, digər dəstə üzvü isə yaralanıb. Öz iradələrindən asılı olmayaraq, niyyətlərini başa çatdıra bilməyən silahlı dəstənin üzvləri havanın qaranlıq, ərazinin dağlıq, meşəlik olmasından istifadə edərək, hadisə yerindən qaçıblar.
Baş vermiş hadisə barəsində Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlikləri məlumatlandırılıb. Fakt üzrə Respublika Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd etmə), 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işi başlanıb.
# 583

Oxşar yazılar

“Məclis.info”  saytının rəhbəri   həbs edildi

“Məclis.info” saytının rəhbəri həbs edildi

19 aprel 2024 , 19:30
Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11
Rüşvət alan polis mayoru  saxlanıldı

Rüşvət alan polis mayoru saxlanıldı

19 aprel 2024 , 15:27