Qaxda Gürcüstan vətəndaşları qadağan olunmuş dini ədəbiyyat yayırmışlar
17 iyul 2009 13:30 (UTC +04:00)

Qaxda Gürcüstan vətəndaşları qadağan olunmuş dini ədəbiyyat yayırmışlar

Qax rayonunda qadağan olunmuş dini ədəbiyyat aşkarlanıb.


Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Qax RPŞ və MTN-in rayon şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 15-də Qax rayonu H.Z.Tağıyev küçəsində yaşayan Gürcüstan vətəndaşları Xutsişvili Elquiya Mixoyeviç və onun qardaşı Qivinin yaşadıqları evdən "Yəhova şahidləri" dini təriqətini təbliğ edən 3 ədəd videokaset, müxtəlif dillərdə çap edilmiş, qanunla qadağan olunmuş 1428 ədəd jurnal və broşuralar aşkar edilərək götürülüb.
# 548

Oxşar yazılar