“Mançester Yunayted”in qalacağı otel partladılıb
17 iyul 2009 11:30 (UTC +04:00)

“Mançester Yunayted”in qalacağı otel partladılıb

İngiltərənin “Mançester Yunayted” futbol klubu İndoneziyaya səfərini ləğv edib.

Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, səfərin baş tutmamasına İndoneziyanın paytaxtı Cakartada bu gün baş verən partlayışlar səbəb olub.


Partlayışlardan biri məhz “qırmızı şeytanlar”ın məskunlaşması nəzərdə tutulan mehmanxanada törədilib. İngiltərə klubu aldığı tövsiyələri də nəzərdən keçirərək, səfərdən imtina etməyə qərar verib: “Biz İndoneziyaya yollana bilməyəcəyimiz üçün çox pərişanıq. İndoneziya Futbol Federasiyasına və azarkeşlərə verdikləri dəstəyə görə minnətdarıq”.


Qeyd edək ki, “Mançester Yunayted” iyulun 20-də Cakartada bir oyun keçirməli idi. Görüşə 100 minədək bilet satılmışdı.
# 379

Oxşar yazılar