Bakıda saatlarla anasının meyitinin yanında qalan körpə xilas edilib
21 iyun 2010 18:45 (UTC +04:00)

Bakıda saatlarla anasının meyitinin yanında qalan körpə xilas edilib

Gənc qadını hamam otağında elektrik cərəyanı vurub



Bu gün Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması haqqında məlumat daxil olub.


Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.


Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanından enərək 8-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olub və giriş qapısını açıblar. Mənzilə baxış keçirilərkən 1982-ci il təvəllüdlü Aynurə Qiyas qızı Quliyeva hamam otağında hərəkətsiz və bir azyaşlı uşaq gərgin psixoloji vəziyyətdə aşkarlanıb. İlkin müayinə zamanı Aynurə Quliyevanın elektrik cərəyanının vurması nəticəsində vəfat etdiyi müəyyən olunub. Cəsəd və azyaşlı uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
# 315

Oxşar yazılar