Ermənilər Füzuli istiqamətində hücuma keçiblər
21 iyun 2010 18:30 (UTC +04:00)

Ermənilər Füzuli istiqamətində hücuma keçiblər

Düşmən geri oturdulub, Azərbaycan Ordusunun 1 əsgəri şəhid olub


Ermənistanın Silahlı Birləşmələrinin təxribatı ara vermir.



Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, iyunun 21-də gecə saat 01.45 radələrində bir qrup erməni yaraqlısı yenidən Füzuli rayonu Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında atəşkəs rejimini pozaraq hücuma keçib.


Azərbaycan Silahlı Qüvvələri öz döyüş mövqelərini gücləndirərək düşmənə tutarlı cavab verib. Beləliklə, erməni tərəf itki verərək geri oturdulub. Döyüş zamanı ordumuz da bir itki verib.


1991-ci ildə anadan olan və 2009-cu ilin yanvarında Cəlilabad RHK-da çağırılan əsgərimiz Şükürov Elgün Rafiq oğlu şəhid olub.
# 286

Oxşar yazılar