Ağstafada arvad ərini öldürdü
21 iyun 2010 14:30 (UTC +04:00)

Ağstafada arvad ərini öldürdü

Ailə münaqişəsi zəminində həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib


İyunun 20-də Ağstafa rayon sakini həyat yoldaşını qətlə yetirib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, 48 yaşlı Hürü Tağıyeva ailə münaqişəsi zəminində əri 47 yaşlı Moşunu bıçaqlayıb.


Hadisə nəticəsində Moşu aldığı xəsarətdən həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Vüqar Baba
# 534

Oxşar yazılar