Şəki sakini ögey anasını öldürüb, intihara cəhd etdi
21 iyun 2010 10:30 (UTC +04:00)

Şəki sakini ögey anasını öldürüb, intihara cəhd etdi

24 yaşlı gəncin hərəkətinin səbəbləri araşdırılır

İyunun 20-də Şəki sakini analığını öldürüb. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, 24 yaşlı Tərlan Məhərrəmov 44 yaşlı Sahibə Nəbiyevanı qətlə yetirib.


Şəki rayon Prokurorluğundan Lent.az-a bildirilib ki, Tərlan Məhərrəmov ögey anasını qətlə yetirəndən sonra özünü öldürməyə cəhd edib. Lakin bunun qarşısı alınıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Vüqar Baba
# 381

Oxşar yazılar