“Miss Azərbaycan-2010”un təşkilatçıları polisə verildi
09 iyun 2010 17:30 (UTC +04:00)

“Miss Azərbaycan-2010”un təşkilatçıları polisə verildi

Günay və Nazim Səmədovlar dələduzluqda günahlandırılır


“Miss Azərbaycan-2010” gözəllik müsabiqəsinin təşkilatçılarından iki nəfərlə bağlı polisə müraciət edilib. Bu barədə Lent.az-a müsabiqənin əsas təşkilatçısı, “Nur” prodakşnın rəhbəri Nuriyə Əhmədovanın vəkili Əkbər Bağırov məlumat verib.


Belə ki, müsabiqədəki maliyyə fırıldaqları ilə bağlı müsabiqənin baş prodüseri Nazim Səmədov və direktoru Günay Səmədovanın əməllərində cinayət əməllərinin olması iddiası ilə Nuriyə Əhmədova tərəfindən Nərimanov rayon Polis İdarəsinə ərizə ilə müraciət olunub. Ərizə idarəyə iyunun 7-də verilib.

Ərizədə Səmədovların maliyyə fırıldaqları ilə məşğul olduğu, külli miqdarda pul mənimsəmək üçün dələduzluq etdiyi iddia olunur.


Qeyd edək ki, Səmədovlara qarşı irəli sürülən iddialar sübuta yetirilərsə, onlar Cinayət Məcəlləsinin 178.3 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndiriləcək. Belə olacağı təqdirdə onları 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

Pərvin ABBASOV
# 293

Oxşar yazılar

Laçında  FACİƏ:   28 yaşlı gənc öldü

Laçında FACİƏ: 28 yaşlı gənc öldü

19 aprel 2024 , 18:43
Atası həbsdəki oğluna  narkotik   gətirdi

Atası həbsdəki oğluna narkotik gətirdi

19 aprel 2024 , 18:30
Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11
Rüşvət alan polis mayoru  saxlanıldı

Rüşvət alan polis mayoru saxlanıldı

19 aprel 2024 , 15:27
Fermer həyətindən qızıl küpəsi  tapdı

Fermer həyətindən qızıl küpəsi tapdı

19 aprel 2024 , 14:43