Bakı-Sumqayıt yolundakı atışmanın təfərrüatları məlum oldu
09 iyun 2010 12:30 (UTC +04:00)

Bakı-Sumqayıt yolundakı atışmanın təfərrüatları məlum oldu

İki tanışın mübahisəsi birinin ağır yaralanması ilə nəticələnib


Bakı-Sumqayıt yolunda baş verən silahlı insidentin təfərrüatları məlum olub.



Bu barədə Lent.az-a Abşeron Rayon Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, iyunun 7-də axşam saatlarında Bakı-Sumqayıt yolunun 18-ci kilometrliyində qeydə alınıb. İki tanışının arasında baş verən mübahisə onlardan birinin yaralanması ilə nəticələnib. Belə ki, insident nəticəsində 30 yaşlı Samir İsmayılov ağır yaralanıb.


Aparılan araşdırmalar nəticəsində hadisəni törədən 1986-cı il təvəllüdlü Cabbarov Oqtay Məmməd oğlu iyunun 8-də tutularaq istintaqa təhvil verilib. O.Cabbarovun S. İsmayılovu aralarında yaranmış münaqişə nəticəsində tüfənglə vurduğu məlum olub.


İlkin dindirmə zamanı müəyyən edilib ki, aralarında münaqişənin yaranmasına səbəb S.İsmayılovun O. Cabbarova atmaca atması olub. Hər iki şəxs avtomobillərinə oturaraq söhbəti çürütmək qərarına gəlib. Xırdalan yolunda “Hammer” və “Lexus” markalı avtomobillərini yol kənarına çəkən tanışların mübahisələri daha da qızışıb. O.Cabbarov maşının yük yerindən tüfəngi götürərək S.İsmayılova iki dəfə atəş açıb və hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Fərid Əkbərov
# 396

Oxşar yazılar