İçki məclisi qətllə bitdi
18 iyun 2010 17:30 (UTC +04:00)

İçki məclisi qətllə bitdi

İyunun 17-də saat 22:00 radələrində Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının sakini, 33 yaşlı Daşqın Rəhimov öz həmyerlisi tərəfindən bıçaqla öldürülüb.


Axşam saatlarında Nərimanov rayonunda Ağa Nemətulla küçəsində yerləşən kafelərin birində birlikdə oturub yemək yeyən həmyerlilər arasında bir müddət sonra mübahisə düşüb. Hər ikisi içkili halda olan həmyerlilər bayıra çıxaraq mübahisəni davam etdirib. Bu zaman Naxçıvan sakini, 32 yaşlı Hasil Cəfərov bıçaqla Daşqın Rəhimovu ürəyindən bıçaqlayıb. 1 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına aparılan D.Rəhimov orada keçinib.


Hadisəni törətdikdən sonra “Mercedes” markalı avtomobilinə minərək hadisə yerindən qaçan Hasil Cəfərov 18 iyun səhər saatlarında yaşadığı mənzildə yaxalanıb.

Vüqar Baba
# 569

Oxşar yazılar