Qırğızıstanda ölən və yaralananlar arasında azərbaycanlı yoxdur
14 iyun 2010 16:30 (UTC +04:00)

Qırğızıstanda ölən və yaralananlar arasında azərbaycanlı yoxdur

Qırğızıstanın cənubunda baş verən toqquşmalar nəticəsində zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur.


Bu barədə APA-ya Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri İlqar Cabbarov bildirib. Toqquşmaların baş verdiyi Oş və Cəlalabad vilayətlərindən 840-dək əcnəbinin çıxarıldığını qeyd edən diplomat onların arasında da Azərbaycan vətəndaşlarının olmadığını deyib: “Oş və Cəlalabaddan çıxarılanlar, əsasən Türkmənistandan və digər ölkələrdən olan tələbələrdir. Toqquşmaların baş verdiyi Oş və Cəlalabad vilayətlərində özbəklər və qırğızlar yaşayırlar. Azərbaycandan olan tələbələr isə Qırğızıstanın cənubunda deyil, digər ərazilərində yerləşən ali məktəblərdə təhsil alırlar. Onların hamısı səfirliyin nəzarətindədir”.


İ. Cabbarov Qırğızıstanda təhsil alan 25 azərbaycanlı tələbə ilə müntəzəm əlaqə saxladıqlarını da vurğulayıb.
# 383

Oxşar yazılar